Birinci Liqanın 14-cü turunda "Zaqatala" səfərdə "Araz Saatlı" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib-1:1.
Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş haqda fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu :
"Oyun daha çox bizim üstünlüyümüzlə keçdi. Sadəcə, hansısa səbəblərə görə oyunçular verilən tapşırıqları yerinə yetirə bilmirdilər. Çünki biz başqa tapşırıqlar vermişdik, lakin onlar oyun zamanı fərqli qərar qəbul edirdilər. İstədiyimizi meydanda göstərə bilmədik. Həm birinci, həm də ikinci hissədə əlimizə düşən imkanları qola çevirmək mümkün olmadı. Rəqibin qapımıza vurduğu yeganə zərbəsi qol oldu. Biz çalışırdıq ki, çərçivəyə heç bir zərbə vurulmasın, amma son anda rəqib oyunçu cəld davrandı və hesabı bərabərləşdirdi. Vaxtımız az idi deyə bərabərlikdən sonra oyunu dəyişə bilmədik. Həmin gün hücum xəttində nəsə etmək alınmırdı".
Nahid Məmmədov