“Oyun olsaydı, daha yaxşı olardı” - Şahin Diniyev

“Oyun olsaydı, daha yaxşı olardı” - Şahin Diniyev
Mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” bu gün yoxlama oyunu ilə toplanışa yekun vurmalı idi. Amma əlverişsiz hava şəraiti səbəbindən “Ağsu” ilə matç keçirilməyib. 
Klubun rəsmi saytına açıqlama verən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev görüşün keçirilməməsinin komandanın hazırlıq prosesinə təsir etməyəcəyini bildirib: “Təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirməyi planlaşdırmışdıq ki, rəqiblərimizdən də biri “Ağsu” komandası idi. Amma qarlı havaya görə oynaya bilmədik. Oyun olsaydı, daha yaxşı olardı. Bu, son olaraq əsas heyəti müəyyənləşdirməyə və futbolçulara yenidən baxmağa kömək edəcəkdi. Mənə elə gəlir ki, yoxlama matçının baş tutmaması bizim hazırlıq planı üçün problem olmayacaq. Hər halda ikitərəfli oyun keçirib, uşaqlara baxdıq. Çempionatın ikinci hissəsinin startına az vaxt qalıb. Sabahdan “Qəbələ” ilə görüşə hazırlığımızı davam etdirəcəyik”.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər