"Real"ın Hollandiyanın "Herenven" klubuna icarəyə verdiyi Martin Edeqorun müqaviləsindəki ilginc detal açıqlanıb.
Fanat.Az xəbər verir ki, Hollandiya klubu futbolçunun oynamadığı hər matça görə "Real"a 40 min avro ödəyəcək. Hələlik 18 yaşlı futbolçu yeni klubunda bütün matçlarda meydana çıxıb.
Qeyd edək ki, Edeqorun icarə müddəti 2018-ci ilin yayına qədərdir, amma cari mövsümün sonunda "Real" onu sıralarına qaytarmaq hüququna malikdi.
Fanat.Az