Ovusu “Ferentsvaroş”a bu qış keçə bilər

Ovusu “Ferentsvaroş”a bu qış keçə bilər

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubuna bu ay keçə bilər.

Fanat.Az Macarıstan mətbuatına istinadən xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Ağdam klubunun rəhbərliyinə deyib.

26 yaşlı forvard “Ferentsvaroş”la mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılıq verib. Amma o, bu keçidin qış transfer dönəmində reallaşmasını istəyir. Hazırda klublar arasında bu istiqamətdə danışıqların davam etdiyi bildirilir.

Xatırladaq ki, Ovusunun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər