"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Al Jazeera"yə müsahibə verib. Türk mütəxəssisin fikirlərini təqdim edirik.
- Mustafa Dənizli "Xəzər Lənkəran"dan ayrılanda qarışıq bir dövr yaşandı. O dövrdə nələr baş verdi?
- Mustafa Dənizli klub rəhbərliyi ilə görüşəndə özünün idman direktoru, mənim də baş məşqçi olmağımı təklif etdi. Mən də bu təklifdən çox xoşbəxt olduğumu dedim. Daha sonrakı görüşdə isə ulubdan ayrılmağa qərar verdi. Yoxsa birlikdə işimiz davam edəcəkdi. 6 aylıq müddətdə çox ciddi işlər gördük. Daha sonrakı dönəmdə mənə münasibəti və yoxl açması çox önəmli idi. Bu səbəbdən ona təşəkkür edirəm. Onun Türkiyə futbolunda fərqli missiyası var. 10-15 il əvvəlki Mustafa Dənizli deyil. Çoc fərqlidi. Nə edə bilərəm, hara yol aça bilərəm, kimə xeyir verə bilərəm kimi düşüncələrə sahib önəmli bir futbol adamıdı. Mənə çox önəmli dəstəyi oldu. Bu gün bu vəzifəni tutmağım Mustafa Dənizlinin klub rəhbərliyi ilə keçirdiyi görüşlərin və danışıqlarının nəticəsidi.
- Türk futbolu belə bir futbol adamından yetərincə faydalanırmı?
- Türk futbolu kimdən faydalanıb ki? Heç kimdən yararlanmırlam. Çünki türk futbolunu futboldan gələnlər idarə etmir. Bu səbəbdən ortada bir xaos var. Təbii ki, kimlər istəyir idarə etsin, amma Mustafa Dənizli kimi adamlar bəzi sahələrdə söz sahibi olmalıdı. "Yol xəritəsi" hazırlayan insanlar olmalıdı. Təbbi ki, xarakterlər fərqlidi. Mustafa Dənizli üçün bu sözləri deyərkən bir başqa məşqçi üçün onları söyləməkdə çətinlik çəkirəm. Biri üçün şəxsi mənfəətlər vacibdisə, Mustafa Dənizli üçün türk futbolu çox öənmlidi. Bu sözləri söyləyə biləcəyim ikinci bir insan yoxdu.
- Bir başqa mütəxəssis - Fatih Terimlə də birlikdə milli komandada çalışmısınız...
- İkisi də çox fərqli xarakterlərdi, futbola baxışları fərqlidi. Bu tip çalışmalarda yaxşı-pis hər şeyi görə bilirsiniz. Məsələ açılmışkən bir şeyi deyim. 2005-ci ildə milli komanda karyerama fərqli məqsədlə başlamışdım. Fatih Terim, yanındakı 2-3 nəfər və mən bu yola çıxmışdıq ki, ondan sonra milli komandaya bizlərdən biri başçılıq etsin. Fatih Terimdən 2 ay sonra Qus Hiddink məsələsi gündəmə gəldi. Hiddinklə çalışmağımın səbəbi də bu idi. Ondan sonra baş məşqçi olum deyə.
Dünyada bu yolu seçən bir çox ölkə var. Amma təəssüf ki, bizdə buna icazə vermirlər. Buna icazə venrməyən sadəcə sistem deyil, bu işin içində olan insanlardı. Yəni bu yolu açacaq insanlar. Fatih Terim yolumuzu açmadı. "Hər şey mənim olsun" deməklə olmaz. Bunu etmirlər. Mustafa Dənizlini o məsələdə ayırıram. O, fərqli düşüncələri olan insandı. Bu sözləri kiməsə qarşı olduğum və ya bu vəzifəyə gəlmədiyim üçün demirəm. Fatih Terimdən, Qus Hiddinkdən, Abdullah Avcıdan sonra niyə milli komandanın başına bir Aykut, bir Ertoğrul, Tolunay və ya başqa bir gənc məşqçi iş başında olmadı? Ölkənin elit məşqçilər siyahısını niyə artırmırsız? Bu say 2, 3 olaraq qalmalıdı? Hər şey bir 2-3 nəfərin ətrafında fırlanmalıdı? Fatih Terim gəldi uğur qazandı getdi, gəldi uğursuz oldu getdi, indi yenə gəldi.
Fanat.az