"Mustafa Dənizlinin şəxsiyyəti, mədəniyyəti, layihələri fərqlidi. Çalıştığım məşqçilər arasında onun yeri başqadı. Hələ ondan bəzi şeyləri öyrənirəm. Birlikdə çox gözəl mühit hazırlamışıq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin deyib.
Türk məşqçi "Xəzər Lənkəran"ın hədəfini açıqlayıb: "Biz işə başlayanda "Xəzər Lənkəran" 8-ci pillədə idi. Bizdən sonra mövqeyini dəyişməsə də, 3 matçda 7 xal qazanmışıq, xal fərqini 8-dən 4-ə endirmişik. Ümidimiz artıb. İkinci yarıda ilk üçlüyə düşərik. Əsl hədəf kuboku qazanıb Avropada yarışmaqdı. Bunu başarsaq gələn mövsüm insanları küçəyə tökərik".
Fanat.az