Oğuz Çətin "Simurq"la oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi məğlubiyyətə görə təəssüflənib:
"Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdı. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq. Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdı. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər təzyiq altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini qazanacağıq”.
Fanat.az