Topaz Premyer Liqasının 2014/15 mövsümünün açılış oyununda “Xəzər Lənkəran” səfərfə AZAL-ın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin fikirlərini bildirib: “İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ cinah müdafiəçisi mövqeyində sınamışam, uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz ümumilikdə pis deyildi. 70-ci dəqiqəyədək yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”.
Fanat.az