Oğuz Çətin "Fənərbaxça"nı arzulayır

Oğuz Çətin "Fənərbaxça"nı arzulayır
"Türk futbolunun artıq sakitliyə ehtiyacı var. Bundan sonrakı dönəmdə tək ümidim bütün klubların sakitlik içərisində sadəcə futbolu düşünərək futbol oynamaları və oynatmalarıdı". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyə mətbuatına müsahibə verən baş məşqçi "Fənərbaxça"nı çalışdırmaq arzusunu dilə gətirib: "Bu günkü vəziyyətdə Aziz Yıldırım və digərləri haqqındakı məsələlər qapanmalı, onlar artıq bütün diqqətini futbola yönəltməlidi. Ən qısa zamanda hər şeyin düzəldiyi və Türkiyədə sadəcə futbolun müzakirə olunduğu günü gözləyirik. Kim bilir, bəlkə hər zaman qəlbimizdə olan "Fənərbaxça"nın başında olarıq".
Qeyd edək ki, Oğuz Çətin 1988-1996-cı illərdə "Fənərbaxça"da çıxış edib. 2000-2002-ci illərdə komandada məşqçi işləyən mütəxəssis 2002-2003-də bir müddət baş məşqçi postunu tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər