Oğuz Çətin: "Bundan məmnunam"

Oğuz Çətin: "Bundan məmnunam"
Oğuz Çətin "Sumqayıt"la (2:1) oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi mübarizədən razı qalıb: 
"Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. "Sumqayıt"ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odu ki, topla yaxşı davranırıq. Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər təzyiq altında çıxış etdik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər