"Xəzər Lənkəran”ın yeni baş məşqçisi Oğuz Çətinin müsahibəsi
- “Xəzər Lənkəran”dan nə vaxt təklif aldınız?
- Əslində hələ çempionatın “Qarabağ”a qarşı son oyunundan sonra Mais Mənsimov və Mustafa Dənizlinin iştirakı ilə iclas keçirildi və mənim üzərimə baş məşqçi vəzifəsinin icrası səlahiyyətləri qoyuldu. Qeyd edildi ki, mən bu vəzifədə qala bilərəm. Bu gün bu təyinat baş tutdu. Mən Mənsimov və Mustafa Dənizli tərəfindən göstərilmiş etimada görə minnətdaram. Bunu doğrultmağa çalışacağam.
- Mustafa Dənizli komandada hər hansı vəzifəni tutacaq?
- Bu məsələ ilə bağlı danışıqlar gedir. Belə bir variant da istisna deyil. İndi əsası hazırlıq planını işləməkdi. Köməkçilər üzrə də məslə açıq olaraq, qalır. Mən öz köməkçilərimi rəhbərliyə təqdim edəcəyəm.
- Heyətədə dəyişikliklər nə dərəcədə lazımdı?
- Bəzi dəyişikliklər olacaq. Yaxın vaxtlarda jurnalistlərlə də görüşmək istərdim ki, bəzi suallara aydınlıq gətirim.
- “Xəzər Lənkəran”ın Vaqif Cavadov və Rəşad Sadiqova marağı haqda danışılır.
- Mən indi adlar çəkmək istəməzdim. Biz çoxsaylı oyunçularla maraqlanırıq.
- Klubun sahibi Mübariz Mənsimovla görüşmüşünüz?
- Yox, mən prezidentlə danışmamışam.
- Dənizlinin “Xəzər Lənkəran”la işi alınmadı. Sizinlə eyni halın baş verəcəyindən qorxmursunuz ki?
- Yeni başlanğıc ərəfəsində kim həyəcanlanmır ki? Hər bir iş məsuliyyət tələb edir. Əsası, Mustafa bəy mənim namizədliyimi özü irəli sürüb. Bu məni ruhlandırır.
- Azarkeşlər tərəfindən təzyiqə hazırsınız?
- Təzyiq - məşqçi işinin bir hissəsidi. Əgər azarkeşlər olmasa, bu halda, işimiz kimə gərəkdi? Mən onlara komandanı dəstəklədikləri üçün minnətdaram və ümid edirəm ki, biz onlar üçün uğura nail ola biləcəyik.
azerisport.az