Mustafa Dənizli "Xəzər Lənkəran"dan ayrılmır. Fanat.az xəbər verir ki, türk mütəxəssis cənub klubunda qalacaq.
Artıq onun yeni vəzifəsi də müəyyənləşib. "Xəzər Lənkəran" yaxın günlərdə Dənizlinin idman direktoru vəzifəsinə təyinatı ilə bağlı rəsmi açıqlama verəcək.
Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi Oğuz Çətin tam olaraq Dənizliyə tabe olacaq. Belə ki, baş məşqçi idman direktorundan xəbərsiz hazırlıq planını belə tərtib edə bilməyəcək.
Fanat.az