Oğuz Çətin "Qarabağ"la oyunla (2:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi müdafiədəki səhvlərin məğlubiyyətə səbəb olduğunu deyib:
“Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq”.
Fanat.az