Oğuz Çətin kimləri "Xəzər Lənkəran"da görmək istəyir?

Oğuz Çətin kimləri "Xəzər Lənkəran"da görmək istəyir?

"Xəzər Lənkəran" baş məşqçi problemini nəhayət ki, həll etdi. Lənkəran klubu komandanı Mustafa Dənizlinin köməkçisi olmuş Oğuz Çətinə tapşırdı. İndi isə əsas məsələ heyəti gücləndirməkdi.

Oğuz Çətin bu posta yeni təyin olunsa da, istədiyi futbolçuların kimliyi bəllidi. Çünk türk məşqçi heyəti Mustafa Dənizlinin bəyəndiyi və transfer siyahısına saldığı futbolçularla gücləndirmək niyyətindədi.

Fanat.az xəbər verir ki, Oğuz Çətin "Bakı"dan Rauf Əliyevlə Cavid Hüseynovu, "İnter"dən Vaqif Cavadovla Brüs Abdulayeni, "Neftçi"dən Rəşad Sadiqovla Elvin Yunuszadəni komandasında görmək istəyir. Bu futbolçulardan yalnız Yunuszadənin transferi mümkün görünmür. Belə ki, Vaqiflə Brüs artıq "İnter"dən ayrılıb. Rəşadın "Neftçi" ilə bir illik müqaviləsi olsa da, klub rəhbərliyi onunla yolları ayırmağa hazırdı. "Bakı"dakı vəziyyət isə hamıya bəllidi. Bu səbəbdən Raufla Cavidin transferini həyata keçirmək o qədər də çətin olmamalıdı. Yunuszadəyə gəlincə, "Neftçi" gəncləşdirmə siyasəti aparır və bu səbəbdən çətin ki, gənc müdafiəçisinii əldən buraxsın.

"Xəzər Lənkəran"ın istədiyi digər bir yerli futbolçu Rəşad Eyyubov idi. Mustafa Dənizlinin maraq dairəsinə düşən gənc forvard artıq "Simurq"da qalmaqla bağlı qərar qəbul edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər