Oğuz Çətin infarkt keçirməyib - rəsmi açıqlama

Oğuz Çətin infarkt keçirməyib - rəsmi açıqlama
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin səhhətində problem yaranıb. Fanat.az xəbər verir ki, türk mütəxəssis xəstəxanaya yerləşdirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ərzurumda təlim-məşq toplanışında olan komandanın baş məşqçisi ötən axşam özünü pis hiss edib və sinəsində ağrılar olduğu üçün infarkt şübhəsi ilə Şəfa Xəstəxanasına aparılıb. Həmkarlarımızın iddiasına görə infarkt keçirən mütəxəssis reanimasiya şöbəsinə yerlişdirilib, hazırda səhhəti normaldı.
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə mütəxəssisin infarkt keçirməsi ilə bağlı xəbəri təkzib edib. Klub rəsmisi Fanat.az-a açıqlamasında bunları deyib: "Dunən fitness salonda komanda məşq keçen zaman mədəsində ağrı olduğunu dedi. Sonra ağrı gücləndiyindən xəstəxanaya qaldırdıq. Mədə spazmı diaqnozu iəe ilk yardım göstərildi. Hazırda dinlənir. Axşam məşqində komandanın yanında olacaq. İnfartkt keçirən biri yəqin ki, bir gün sonra komandanın yanında, məşqdə ola bilməz. Ona görə də istəyriik türk mediasını dəvət edək, gəlib özləri vəziyyətə şahidlik etsinlər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər