"Xəzər Lənkəran"ın yay hazırlığının ilk mərhələsini Türkiyənin Ərzurum bölgəsində keçirəcəyi dəqiqləşib. Fanat.az xəbər verir ki, Ərzuruma səfər edən baş məşqçi Oğuz Çətin şəraiti bəyənib.
Çətin Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Palandöken dağına yollanacaq. Komandanın məskunlaşcağı "Xanadu Snow White" otelinin rəhbəri Altuğ Kargı ilə görüşən baş məşqçi məşq edəcəkləri meydançalara da baxıb: "Burda gözəl işlər görüblər. İndi istənilən komanda rahatlıqla bura gələ bilər. Otellər yüksək səviyyədədi. Buranın ilk mərhələdə bizim istəklərimizə tam şəkildə cavab verəcəyini düşünürəm. Məşq meydançalarının çox olması da önəmlidi. Həmin meydançalara baxdım və bəyəndim. Bir komandanın ehtiyacı olan hər şey var. Bu şəhər üçün böyük üstünlükdü".
Fanat.az