Oğuz Çətin də hakimlikdən danışdı

Oğuz Çətin də hakimlikdən danışdı

Oğuz Çətin "İnter"lə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi hakimlikdən narazılıq edib:

"Oyuna pis başladıq. Çox asan qollar buraxdıq. "İnter" kimi güclü komandaya qarşı oyunda 0:2 geriyə düşmək və sonradan oyun qurmaq çox çətindi. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam. Bu oyuna qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər