Oğuz Çətin darmadağını dəyərləndirdi - VİDEO

Oğuz Çətin darmadağını dəyərləndirdi - VİDEO
Oğuz Çətin "Rəvan"la oyunla (4:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Mustafa Dənizli Türkiyədə olduğundan “Xəzər Lənkəran”ı meydana çıxaran məşqçi futbolçulardan razı qalıb:
"Premyer Liqada və kubokda istədiyimiz yerdə olmadığımız üçün komandada və klubda əhval-ruhiyyə aşağıdı. Ancaq bizim vəzifəmiz qarşıdakı 4 oyunda qələbə qazanmaq və çempionatı yüksək əhvalda bitirməkdi. “Rəvan”la oyuna ciddi hazırlaşdıq. Məşqlərdə üzərində işlədiyimiz tapşırıqları futbolçular lazımınca yerinə yetirdikləri üçün məmnunam. Oyun boyu intizamı saxladıq. Oyuna hakim olan, dəqiq ötürmələr verən, həm oyundan zövq alan, həm də oyunu ilə azarkeşlərə zövq verən bir komanda gördük bu gün. 4:0 hesablı qələbə qazandıq, buna görə çox şadam. Eyni ciddiyyəti və qələbə əzmini qarşdıakı oyunlarda da göstərəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər