"İnfakrt keçirməmişəm, qida zəhərlənməsi səbəbindən xəstəxanaya aparılmışam". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
Türk mütəxəssis dünən Ərzurumda özünü pis hiss edib və xəstəxanaya aparılıb. Türkiyə mətbuat onun infarkt keçirdiyini iddia edib. Lakin Oğuz Çətin qardaş ölkə mətbuatına açıqlamvsında bu xəbərləri təkzib edib: "İctimaiyyətə çox yalnış bilgilər verdilər. Bu səbəbdən ən qısa zamanda sizlərlə danışıb, həqiqəti demək üçün bir açıqlama vermək istədim. Dünən axşam oteldən kənarda yediyimiz bəzi qidalar səbəbindən problemimiz oldu. Xəstəxanaya geddik. Bu səbəbdən analizlər aparıldı. Yüngül qida zəhərlənməsi idi. Ətraflı müayinədən keçdik, hər hansı bir problem olmadığı müəyyənləşdi. Səhhətim normaldı. Yazıldığı kimi ciddi bir şey yoxdu. Ürəyimlə bağlı heç bir problem ortaya çıcmayıb. Bu gün komandanı məşqə çıxaracam. Əslində 3-4 nəfər zəhərlənmişdi, amma mənim adım daha çox ön plana çıxdı".
Fanat.az