London "Çelsi"sinin və Braziliya millisinin keçmiş hücumçusu Oskar Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı UOL yayıb.
Xəbərə görə, 32 yaşlı braziliyalı müqaviləsi başa çatdıqdan sonra noyabrda hazırkı klubu - Çinin "Şanxay Port"unu tərk edəcək.
Oskar köhnə qitəyə qayıtmağı arzulayır, amma 2012-ci ildə "Çelsi"yə keçməzdən əvvəl oynadığı Braziliya "İnternasional"ı da onunla müqavilə bağlamaq istəyir.
Oskar bu mövsüm "Şanxay Port"un heyətində bir oyun keçirib və bir məhsuldar ötürmə edib. O, 2017-ci ildən Çində oynayır.
Mirağa