Osimhen İtaliyada “ən yaxşı” seçildi

Osimhen İtaliyada “ən yaxşı” seçildi

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliyada “ilin ən yaxşı əcnəbi idmançısı” elan edilib.

Fanat.Az xəbər verir ki, Nigeriyadan olan 24 yaşlı futbolçu bu ada 2022-ci il ərzində göstərdiyi performansa görə layiq görülüb.

Futbolçunun mükafatlandırılma mərasiminə “Napoli”nin prezidenti Aurelio De Laurentis də qatılıb.

Osimhen bu mövsüm A Seriyasında vahid lider olan “Napoli”nin uğurlu çıxışında əsas pay sahiblərindən biridir. O, cari mövsümdə İtaliya çempionatında meydana çıxdığı 22 oyunda 19 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər