Orxan yeni komandasında qolla debüt etdi

Orxan yeni komandasında qolla debüt etdi

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib. “Turan Tovuz”dan ayrılaraq “Ozgon”a keçən hücumçu debüt oyununda qol vurub.

Fanat.Az xəbər verir ki, onun komandası səfərdə Bişkek “Asiagoal”ı ilə  qarşılaşıb.

14-cü tur çərçivəsində keçirilən matçda hesabı Orxan açıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda 19 xalı olan “Ozgon” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər