Orxan Sadıqlı qışda "Xəzər Lənkəran"ı tərk edə bilər. Fanat.az xəbər verir ki, gənc qolkiperin Lənkəran klubu ilə müqaviləsi başa çatır.
Təxinən bir ay sonra müqaviləsi bitəcək qapıçı hələ rəhbərlikdən təklif almayıb. Orxana yeni sözləşmə təklif olunmasa, qolkiper yeni klub axtarmalı olacaq.
Qeyd edək ki, Orxan cari mövsümdə "Xəzər Lənkəran"ın Premyer Liqada keçirdiyi 14 oyundan 9-da 90 dəqiqə meydanda olub.
Fanat.az