Orxan Sadıqlı Mahirin yolunu getdi: orta barmaq...

Orxan Sadıqlı Mahirin yolunu getdi: orta barmaq...
Premyer Liqanın XX turunda keçirlən "Xəzər Lənkəran" - "Neftçi" matçında Mahir Şükürovun azarkeşlərə "orta barmaq" işarəsi göstərməsi günlərlə gündəmdə qalmış, futbol ictimaiyyəti və mətbuatı futbolçunu sərt şəkildə tənqid etmişdi. Daha sonra isə AFFA İntizam Komitəsi onu bu hərəkətinə görə cəzalandırmışdı.
Gözləmək olardı ki, Mahirin aqibəti başqa futbolçulara dərs olacaq. Amma deysən olmayıb. Olsaydı, eyni hərəkəti bir müddət əvvəl Mahiri tənqid edən "Xəzər Lənkəran"ın qapısıçı Orxan Sadıqlı təkrarlamazdı.
Gənc qolkiper bu gün "Neftçi" ilə oyunda fanatlara "orta barmaq" işarəsi göstərib. Şükürov kimi o da azarkeşlərin təhqirlərinə təhqirlə cavab verib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər