"Xəzər Lənkəran" Orxan Sadıqlıdan şad xəbər alıb. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü meydana çıxmağa hazırdı.
Orxan "Simurq"la XXXV turun oyununda xəsarət almış və xəstəxanaya aparılmışdı. Qolkiper hazırda özünü yaxşı hiss edir və sonuncu turun "Qarabağ"la matçında meydana çıxa biləcək.
Fanat.az