Orxan Məmmədov niyə FIFA referisi olmadı? - AÇIQLAMA

Orxan Məmmədov niyə FIFA referisi olmadı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, AFFA Hakimlər Komitəsi FIFA referilərinin siyahısında dəyişiklik edib. Belə ki, Əliyar Ağayev və Rəhim Həsənovla yanaşı, Ömər Paşayevin adı FIFA-ya təqdim olunub. Orxan Məmmədov isə kənarda qalıb.

Bu dəyişikliyə səbəb nə olub? Hakimlər Komitəsi Orxan Məmmədovu adını FIFA-ya niyə təqdim etməyib?

Bu suallarla komitənin sədri Xaqani Məmmədova müracitə etdik. Sabiq FIFA referisi dəyişikliyin səbəbini belə izah etdi:

"Biz heç kimi geri çağırmırıq. Milli çempionatda idarə olunan oyunlara görə verilən qiymətlər toplanır və oyunların sayına bölünərək reytinq hazırlanır. Yekun nəticələrə görə Əliyar Ağayev birinci, Rəhim Həsənov ikinci, Ömər Paşayev üçüncü, Orxan Məmmədov dördüncü, Rauf Cabbarov beşinci yeri tutub. Bu FIFA-nın qaydasıdı və hesablamaları biz aparırıq. Həm də nəzərə aldıq ki, kimlər ötən mövsüm hansı oyunları necə idarə edib. Bütün göstəricilər Ömər Paşayevdə yüksək idi. 

FIFA-ya təqdim olunan namizəd son iki mövsümdə Premyer Liqada mütəmadi oyunlar idarə etməlidi. Bir mövsüm olsa, adı namizəd ola bilməz. Biz heç bir qanunu pozmuruq. Ötən il Orxan Məmmədov üçüncü olmuşdu, bu il Ömər Paşayev oldu. Bu reytinq hər mövsüm hazırlanır. Ola bilər ki, gələn il Ömər Paşayev beşinci oldu. Belə olsa, onun adı FIFA-ya təqdim olunmayacaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər