Orхan Məmmədov Yunanıstanın qapısına penalti təyin etdi

Orхan Məmmədov Yunanıstanın qapısına penalti təyin etdi

Azərbaycanlı hakimlər 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsinin 4-cü qrupunda ilk oyunlarını ilarə ediblər. Fanat.az хəbər verir ki, Orхan Məmmədovun başçılıq etdiyi briqada İrlandiya - Yunanıstan oyununda ədaləti qoruyub.

Polşanın Vronki şəhərindəki "Amika" stadionunda keçirilən matçda Orхan Məmmədova Mübariz Haşımovla polşalı Bartoş Heyniq yardım edib. Matçın dördüncü hakimi isə yerli referi Piotr İdzik olub.

Oyun 2:2 hesabı ilə başa çatıb. Orхan Məmmədov bir futbolçuya sarı vərəqə göstərib. O, 78-ci dəqiqədə meydan sahiblərindən Konnor Ronanı cəzalandırıb. Referi 73-cü dəqiqədə Yunanıstanın qapısına penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən polşalı futbolçu Coşua Barrett hesabı 2:2 edib.

Qeyd edək ki, Orхan Məmmədov martın 26-da keçiriləcək son turun İrlandiya - Polşa oyununu idarə edəcək. Bu matçda onun köməkçilərindən biri Mübariz Haşımov olacaq.

Təmsilçilərimiz 2-ci turun Polşa - Yunanıstan oyununua da təyinat alıb. Bu matçda Orхan Məmmədov dördüncü hakim, Mübariz Haşımov köməkçi olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər