"Millimiz Avropa çempionatının qrup mərhələsində 3-cü yer uğrunda mübarizə aparacaq"! Millimiz Avropa çempionatının seçmə qrup mərhələsində 3-cü yer uğrunda mübarizə aparacaq?
"Millimizin qrupda 3-cü yer uğrunda mübarizə aparacağı əsas rəqibi Bolqarıstandı"! Millimizin qrupda 3-cü yer uğrunda mübarizə aparacağı əsas rəqibi Bolqarıstandı?
"Millimizin Rusiyaya qarşı oyununa əsasən fikir irəli sürməyin, əsl potensialını Bolqarıstanla görüşdə görərsiniz"! "Millimizin Rusiyaya qarşı oyununa əsasən fikir irəli sürdük, əsl potensialını da Bolqarıstanla oyunda gördük!
"Millimizin futbolçularının ilk yarıda oyunu alınmadı. Ancaq 2-ci hissədə 70-ci dəqiqəyədək yaxşı oynadılar, sonra yoruldular"! Millimizin futbolçuları ilk yarıda bolqarlardan aşkar zəif göründülər. Dmitri Nazarovun meydançanın kələ-kötür olmasından yararlanaraq hesabı bərabərləşdirməsi, bolqarları müəyyən müddət çaş-baş saldı. Görüşün 70-ci dəqiqəsindən sonra isə yenidən status-kvonu bərpa etdilər.
"Biz qrupdan çıxmaq istəyiriksə, evdə heç-heçəni qorumalıyıq"! Biz qrupdan çıxmaq istəyiriksə, evdə heç-heçəni qorumalıyıq? Bəs səfərdə nəyi, 0:2, 0:3, 0:4-ləri qorumalıyıq?
"Yığmada 4 braziliyalı futbolçudan istifadə edə bilmərəm"! Dmitri Nazarov, Ufuk Budak, Cihan Özkara - bunlar braziliyalı olmasalar da...
Fanat.az