Openda karyerasını Türkiydə davam etdirə bilər

Openda karyerasını Türkiydə davam etdirə bilər

Türkiyə Superliqasında iddialı heyət qurmaq istəyən "Fənərbağça" hücum xəttini dünya ulduzu ilə gücləndirməyi planlaşdırır.

Fanat.Az "Fichajes" portalına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un belçikalı qolçusu Lois Opendanı hədəfə alıb.

İtaliya klubu mövsümün əvvəlində "Leypsiq"dən 44 milyon avroluq icbari satın alma öhdəliyi ilə icarəyə götürdüyü forvardı qısa müddətdə əldən çıxarmaq niyyətindədir.

"Sarı-lacivərtlər" isə yaranmış bu fürsətdən yararlanaraq 26 yaşlı hücumçunu heyətinə qatmaq üçün rəsmi danışıqlara başlamağa hazırlaşır. Opendanın sürəti və qol duyumu "Fənərbağça" rəhbərliyinin transfer siyahısında onu ilk sıraya çıxarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər