Onur İsveçə yollandı

Onur İsveçə yollandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.

Fanat.Az xəbər verir ki, Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.

"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.

Onur bundan sonra Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər