Sentyabrın 14-də UEFA-nın yeni prezidentinin adı məlum olacaq. Fanat.az xəbər verir ki, həmin gün keçiriləcək prezident seçkisinə 3 nəfər namizədliyini irəli sürüb.
Bir müddət əvvəl İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar namizəd olacağını açıqlamışdı. Bu dəfə isə digər iki namizədin kim olduğu müəyynləşib. Bunlar Sloveniya Futbol Federasiyasının prezidenti Aleksandr Çeferin və onun Hollandiyadan olan həmkarı Mixael van Praqdı.
Qeyd edək ki, seçkilər Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresində keçiriləcək.