Onlar dünya çempionatında "səpələnmiş"lər səbətində olacaq

Onlar dünya çempionatında "səpələnmiş"lər səbətində olacaq

Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatının püşkatmasında Azərbaycanın 7 cüdoçusu "səpələnmişlər" sırasında olacaq.

Fanat.Az xəbər verir ki,  Kəramət Hüseynov (60 kq) Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) öz çəki dərəcələrində ilk "səkkizlik"də qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından həmçinin Yaşar Nəcəfov (66 kq), Zelim Kotsoyev (100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər