"Onlar bizdən yaxşı oynadılar" - Xabi Alonso

"Onlar bizdən yaxşı oynadılar" - Xabi Alonso

"Atalanta"nı təbrik etməliyik. Onlar bu gün bizdən yaxşı oynadılar".

Fanat.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının finalında Berqamo təmsilçisinə 0:3 hesabı ilə uduzan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis ağır yenilgi barədə fikirlərini oyundan sonra keçirilən mətbuat konfransında bölüşüb:

"Biz öz oyunumuzu sərgiləyə bilmədik. Onlar isə intensiv çıxışla diqqət çəkdilər. Matça yaxşı köklənsək də, problemlərimiz var idi. Qol vəziyyətləri yarada bilmədik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər