Amerikalı atlet Jesse Ovens Berlinin ev sahibliyi etdiyi 1936-cı il Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalı satıb. Fanat.az xəbər verir ki, auksiona çıxarılan medal 1 milyon 466 min 574 dollara alınıb. Bu isə dünya rekordu olub. Belə ki, ilk dəfə olimpiya qızılı bu qiymətə satılıb.
Beynəlxalq Atletika Federasiyasının (IAAF) internet saytının yaydığı məlumatda bildirilir ki, 31 mart 1980-ci ildə 66 yahında vəfat edən amerikalı sprinteri Jesse Ovensın 1936-cı ildə qazandığı qızıl medalı onun "Bojangles" ləqəbli aktyor dostu Bill Robinson və şəyat yoldaşı Elaynenin adından SCP şirkəti satışa çıxarıb.
Qeyd edək ki, bundan əvvəl 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmiş olimpiada qazanılmış bir gümüş kubok 865 min dollara satılmışdı.
Fanat.az