Azərbaycanlı idmançı Rəsul Çunayev Instagram səhifəsində maraqlı video paylaşıb.
Dünya çempionumuz yaxınları ilə birlikdə Qusarda istirahət edib. İdmançımızın şərəfinə quzu kəsilib, daha sonra kabab çəkilib. İdmançımız həmin görüntüləri izləyiciləri ilə paylaşıb.
Qeyd edək ki, Rəsul Avar əsilli azərbaycanlı yunan-roma güləşçisidir. O, 2015-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən Dünya çempionatının qızıl medalçısıdır. Rəsul Çunayev Avropa qızıl və gümüş medalçısıdı. Güləşçi 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalını qazanıb. O, 2016-cı il Yay Olimpiya oyunlarında bürünc medala sahib çıxıb.
Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Fanat.Az