Olimpiya medalçıları üçün hədiyyə: X6, X5 və X3

Olimpiya medalçıları üçün hədiyyə: X6, X5 və X3

Rusiya milli komandasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qalib və mükafatçı olan idmançılar təkcə pul mükafatları almayacaqlar.

 

Fanat.Az xəbər verir ki, qonşu ölkə medalçılarının hamısına ağ "BMW" hədiyyə olunacaq. Olimpiya çempionları "BMW X6", vitse-çempionlar "BMW X5", bürünc medalçılar isə "BMW X3" alacaqlar.

 

Qeyd edək ki, "Rio-2016"da Rusiya yığması 19 qızıl, 18 gümüş və 19 bürünc medalla ümumi komanda hesabında 4-cü yeri tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər