Rusiyadan olan 6 atletin qazandıqları medallar geri alınıb. Fanat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyası qərar qəbul edib.
Məsələ burasındadı ki, Sergey Kirdyapkin, Sergey Bakulin, Olqa Kaniskina, Valeri Borçin, Vladimir Kanaikin və Yuliya Zaripova iştirak etdikləri yarışlar zamanı dopinqdən istifadə edib. Bu barədə məlumatı CAS-ın rəsmi saytı yayıb. Nəticədə 6 atletlə bağlı BAF-a məlumat təqdim edilib.
Qeyd edək ki, Kirdyapkinin 2012-ci ildə London Olimpiadasında 50 km məsafədə qazandığı qızıl, Kaniskananın isə 20 km məsafədə əldə etiyi gümüş medal geri alınıb.
Fanat.az