Olimpiya çempionu dünyasını dəyişdi

Olimpiya çempionu dünyasını dəyişdi

Kanoe üzrə olimpiya çempionu Mariya Şubina vəfat edib. 

Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Kanoe Federasiyasının mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

O, 95 yaşında dünyasını dəyişib.

Şubina 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında 500 metr məsafədə kanoe yarışında SSRİ tarixində ilk qızıl medalı qazanıb. O, həmçinin dördqat dünya çempionu, dördqat Avropa çempionu və onqat SSRİ çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər