Azərbaycanlı futbolçu Turan Manafovun çıxış etdiyi "Olimpiakos Volou" bu gün Yunanıstan Super Liqasının 2-ci liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Manafovun komandası 19-cu tur çərçivəsində "İraklis"lə qarşılaşacaq.
Ancaq əldə etdiyimiz məlumata görə, Manafov bugünkü oyunda iştirak etməyəcək. Yunanıstan mətbuatı müdafiəçinin baş məşqçi Vasilis Vouzas tərəfindən cəzalandırıldığını bildirir. Onun adı "21-liy"ə daxil edilməyib. Ümumiyyətlə, 4 futbolçu heyətdən kənarlaşdırılıb.
"Olimpiakos Volou"nun baş məşqçisinin ötən tur "Panserraikos" (1:2) ilə qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransındakı fikirləri də Manafovun "qələminin qırıldığına" işarə hesab etmək olar: "Qol vurduq, amma öz səhvlərimizdən iki gülməli qol buraxdıq və meydanı başımız əyərək tərk etdik. Təəssüf ki, biz bir addım irəli atırıq, sonra bir-iki addım geri gedirik. Çalışırıq siyahıdakı bütün oyunçulardan istifadə edək və bizdən razı qalsınlar. Amma bəziləri göstərir ki, onlar formanın ağırlığını və ümumiyyətlə mövcud olan təzyiqi qaldıra bilmirlər. Əksər səhvlər fərdi, oyunçuların səhvləridir ki, bu da bizi komandanın tam səyi olmadan qol buraxma nəticəsinə gətirib çıxarır. Üzümüzü dəyişirik, başqa futbolçular oynayır, amma hər zaman eyni problemi görürük. Məşqlərdə çalışsaq da, video vasitəsilə səhvləri göstərməyə çalışsaq da, təəssüf ki, hər zaman səhv edən və komandanı dəyişdirə bilməyəcəyimiz pis nəticəyə aparan biri ortaya çıxır. Reaksiya göstərmirlər". Mirağa