"Olimpiakos Volos" Turan Manafovu niyə oynatmır?

"Olimpiakos Volos" Turan Manafovu niyə oynatmır?

Azərbaycanlı futbolçu Turan Manafovun çıxış etdiyi "Olimpiakos Volos" bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Yunanıstanın 2-ci liqasında çıxış edən sözügedən kollektiv 13-cü turdan təxirə salınan oyun çərçivəsində PAOK-un ikinci komandası ilə qarşılaşacaq. 

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunun hazırlığı dünəndən tamamlanıb. Görüş üçün 20 oyunçu sifariş verilib ki, Turan Manafov, o cümlədən, daha üç heyət üzvü siyahıdan kənarda qalıb. Başqa sözlə, son turlarda meydanda görünməyən həmyerlimizin yenə oynamayacağı dəqiqləşib. 

Manafovun bel ağrılarından əziyyət çəkdiyi və müalicə olunduğu bildirilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər