Almaniyanın "Dinamo" klubuna baş məşqçi təyin olunan Olaf Yansen yeni klubu ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis klubun rəsmi saytına qısa açıqlama verib:
"Dinamo"da işə başlayacağım günü səbirsizliklə gözləyirəm. Biz indi 1-ci dəstədə çıxış edirik. Bundesliqaya çıxmaq üçün addım-addım irəliləməliyik. Mən komandanın potensialına əminəm. "Dinamo"nun uğurlarına yeni baş məşqçi olaraq töhfə vermək istəyirəm".
Fanat.az