"Azərreyl" voleybol klubunun meneceri və statisti polisə müraciət ediblər. Səbəb onlara məxsus əşyaların oğurlanması olub.
Fanat.az xəbər verir ki, klubun statisti Türkiyə vətəndaşı 1987-ci il təvəllüdlü Kurt Onat və onun arvadı, voleybol komandasının meneceri Oksana Parxomenka (Kurt) polisə müraciət ediblər.
Onlar müraciətlərində bildiriblər ki, kluba məxsus "İsuzu” markalı avtobusdan yaşadıqları evin qarşısında düşərkən, avtobusun yük yerinə qoyduqları və içərisində 2500 avro dəyərində qol saatı, 2 dəst idman paltarı və dəyəri 500 avro olan fizioterapiya masaj aparatı olan idman çantaları yoxa çıxıb.
Fanat.az