"Atalanta" klubunun müdafiəçisi Kaleb Okolie "Lester"ə keçib.
Fabat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Nigeriyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Tanınmış insayder Fabritsio Romano isə transferin məbləğinin 15 milyon avro olduğunu iddia edib.
Qeyd edək ki, Okolie ötən mövsüm icarə əsasında "Frozinone"də çıxış edib.
Mirağa