"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan - "Alyans Arena"da "Real Madrid"ə qarşı keçirdikləri matçdan (2:2) sonra cavab qarşılaşmasında İspaniya nəhənginə qol vuracaq oyunçunun adını deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Bu hələ ilk oyun idi. Qnabri mütləq "Real"a qol vuracaq. Bizim "Santyaqo Bernabeu"da ikinci oyunumuz da var. Hə, Qnabri qol vuracaq".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması mayın 8-də keçiriləcək.

Nihat     

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər