Fransa millisinin və "Liverpul"un sabiq hücumçusu Cibrıl Sisse həmyerlisi Hatem Ben-Arfa barədə danışıb.
Fanat.Az xəbər verir ki, "The Sun" onun söylədilərini belə çatdırıb:
"Siz mənim axmaq olduğumu düşünə bilərsiniz. Amma formada olanda Hatem texnika baxımından Messidən geri qalmır. Onun nəyə qadir olduğunu görmüşəm. Təkrar edirəm, o, formadadırsa, Messidir".
Son klubu "Bordo" olan 34 yaşlı Ben-Arfa hazırda azad agent statusu daşıyır. Fransalı oyunçu daha öncə "Olimpik Marsel", "Valyadolid", "Renn", PSJ, "Nyukasl Yunayted", "Nitsa", "Hall Siti", "Olimpik Lion" kimi klubların formasını geyinib.
Nihat