"O açıqlama mövsümün sonunda olacaq" - Juninyo

"O açıqlama mövsümün sonunda olacaq" - Juninyo

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin çərçivəsində "Neftçi" evdə "Qarabağ"la qarşılaşıb. Görüş "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qarşılaşmadan sonra Ağdam təmsilçisinin forvardı Juniniyo Fanat.Az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyun haqda fikirlərin və mərhələni təmin eləmək bərədə nə düşünürsən?  - Xeyr, hər oyun fərqlidir. Hələ cavab oyunu var. Həmin matçı fikirləşməliyik.

- Belə böyük hesablı qələbəni gözləyirdin?  - Derbi derbidir. Hərə öz işini görməyə çalışır. Nəticəyə görə sevincliyik.

- Komandanızın dörd qoluna töhvə verə bilmədin. Bu cür hallar sənə necə təsir göstərir?  - Əsas nəticədir. Komandanın əldə etdiyi nəticəyə görə çox sevinirəm. Qol epizodu isə oyundakı situasiyadan aslıdır. Alınmayanda alınmır.

- Bu yaxında sosial şəbəkələrdə sənin dönər alarkən çəkilmiş videon yayıldı. Bu görüntülər həqiqəti əks etdirirmi və ayaqüstü yeməkləri sevirsənmi? - Hərdən olur ki, boş istirahət günləri şəhərə çıxanda, ürəyim istəyəndə alıb yeyirəm.

- Keçən dəfə demişdin ki, menecerim gələndə transferlə bağlı açıqlama verəcəyəm. O məsələ nə yerdədir? - Yəqin ki, o açıqlama mövsümün sonunda olacaq.

- Az öncə "Neftçi - "Qarabağ" matçını derbi adlandırdın. Hansı ki, 2021-ci ildən "Neftçi"nin qələbəsi yoxdur. Bunu nə dərəcə derbi adlandırmaq olar? - Mən bura gələndə belə deyilib deyə, mən də belə adlandırıram.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər