Nurlan Novruzov Türkiyə klubunda

Nurlan Novruzov Türkiyə klubunda
Daha bir futbolçumuz Türkiyədə çıxış edəcək. Fanat.az xəbər verir ki, Nurlan Novruzov "Dənizlispor"la müqavilə bağlayacaq.
Bu barədə Dənizli klubunun rəsmisi Ali Yaman məlumat verib. Klub nümayəndəsi bildirib ki, bir müddətdi baxışda olan Nurlan məşqçilər korpusu tərəfindən bəyənilib. Baş məşqçi Özcan Bizati onunla müqavilə bağlanmasını istəyib. Rəsmi anlaşma yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, Nurlan 2013/14 mövsümünün ilk yarısında icarə əsasında "Sumqayıt"da çıxış edib (16 oyun, 1 qol). Qışda yenidən "Bakı"ya dönən 21 yaşlı yarımmüdafiəçi cəmi 2 oyunda meydana  çıxıb və 61 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər