"Borussiya"nın (Dortmund) üzvü Nuri Şahin xoşagəlməz halla üzləşib. Fanat.az xəbər verir ki, Türkiyə yığmasının üzvünün burnu qırılıb.
Türk futbolçunun burnu səhər məşqi zamanı komanda yoldaşı ilə toqquşmada sınıb. Klubun həkimi onun iki günlük istirahətdən sonra məşqlərə başlayacağını bildirib.
Qeyd edək ki, Nurinin burnu 4 il əvvəl "Hoffenhaym"la oyunda da qırılmışdı.
Fanat.az