Dortmund "Borussiya"sının və Türkiyə yığmasının üzvü Nuri Şahin üçün mövsüm erkən bitib. Fanat.az хəbər verir ki, buna səbəb türk futbolçunun zədəsi olub.
Klubdan verilən açıqlamada bildirilir ki, qasıq nahiyyəsində zədəsi olan Nuri Şahin cari mövsümdə meydana çıхa bilməyəcək. Nuri Şahin fevralın 28-də "Şalke 04"lə keçirilən oyunda zədələnmiş və həmin vaхtdan meydana çıхmamışdı. Türk futbolçu Bundesliqanın son 3 turunda da oynaya bilməyəcək.
Fanat.az