Bundesliqa təmsilçisi “Ayntraxt” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Frankfurt klubu Almaniyanın digər təmsilçisi “Herta”nın hücumçusu Cessik Nqankamı heyətinə qatıb.
22 yaşlı forvardın transferi 4 milyon avroya başa gəlib ödəyiblər. Alman forvardla 2 illik müqavilə imzalanıb.
Bu yay Bundesliqanı tərk edən “Herta”nın yetirməsi olan Nqankam sözügedən klubun əsas komandasında 37 oyuna çıxıb, 6 qol vurub.
Mirağa